Xorvatiya Azərbaycandan 4 ayda 300 min tona yaxın neft alıb
Far.Az xəbər saytı

Xorvatiya Azərbaycandan 4 ayda 300 min tona yaxın neft alıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycan Xorvatiyaya 276 min 342,95 ton xam neft ixrac edib.

"Far.Az"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 162 milyon 720,43 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 4 ayı ilə müqayisədə 35,5 %, dəyəri isə 31,8 % azdır.

Xorvatiyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 3,49 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 4 milyard 365 milyon 297,57 min ABŞ dolları olan 7 milyon 923 min 086,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Oxşar xəbərlər

Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA
Yunanıstan 4 ayda Azərbaycandan neft idxalını 22 %-ən çox artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər