Gürcüstanlı səyahətçi: Hər dəfə Qarabağda tikinti işlərinin necə fəal getdiyinin şahidi oluram
Far.Az xəbər saytı

Gürcüstanlı səyahətçi: Hər dəfə Qarabağda tikinti işlərinin necə fəal getdiyinin şahidi oluram


Mən artıq bir neçə dəfə Qarabağa səfər etmişəm və hər dəfə regionda tikintinin necə fəal getdiyini görürəm.

“Far.Az” xəbər verir ki, bunu Gürcüstandan olan jurnalistlər qrupunun tərkibində Qarabağa səfər edən gürcüstanlı jurnalist Ramilə Əliyeva deyib.

O, Qarabağ bölgəsinin erməni işğalından azad edildikdən sonra bərpa olunduğunu görərək Azərbaycan üçün qürur hissi keçirdiyini söyləyib.

“Azərbaycanın azad edilmiş ərazilərdə layihələri həyata keçirərkən göstərdiyi həvəsə heyranam”, – o vurğulayıb.

Gürcüstanda yaşayan etnik azərbaycanlı olan R.Əliyeva Qarabağın bütün dünya azərbaycanlılarının həmrəylik rəmzi olduğuna diqqət çəkib. O vurğulayıb ki, imkan olduqda, ailəsi və dostları ilə birlikdə yenidən Qarabağa gəlməkdən məmnun olacaq.

Səyahətçi həmçinin qeyd edib ki, Qarabağa səfəri çərçivəsində Şuşada keçirilmiş media forumlarına qatılıb.

“Bu forumlar mənim üçün çox önəmli idi, orada çox vacib məsələlər qaldırılmışdı. Ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan dünya siyasətindəki rolunu göstərdi və ölkənin çiçəklənməsi Gürcüstana və bütün Cənubi Qafqazın inkişafına müsbət təsir göstərəcək”, – gürcüstanlı səyahətçi əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər