Pezeşkian BRICS sammitində Rusiya və Çin liderləri ilə görüşməyi planlaşdırır
Far.Az xəbər saytı

Pezeşkian BRICS sammitində Rusiya və Çin liderləri ilə görüşməyi planlaşdırır


İran Prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRICS sammitində iştirakı çərçivəsində rusiyalı həmkarı Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikitərəfli danışıqlar aparmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi iqtidara istinadən bildirib.

“BRICS sammitində çıxışından əlavə, Pezeşkian digər ölkələrin rəhbərləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır”, – məlumatda deyilir.

Qeyd edək ki, BRICS sammiti 22-24 oktyabr tarixlərində keçiriləcək.

Oxşar xəbərlər

Si Cinpin Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
Azərbaycan Prezidenti oktyabrda Kazanda keçiriləcək BRİCS sammitinə dəvət olunub
Mövqelərimizi daha da gücləndirəcək addım: Azərbaycan BRICS-ə üzv olmaqla nə qazanacaq? - FOTO - TƏHLİL
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər