Bitkoin son iki ayın minimum səviyyəsinə enib
ABŞ-də Bitkoinin qiyməti son iki ayın ən aşağı səviyyəsinə düşüb.
Far.Az xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası gün ərzində 65 min 426 dollara qədər ucuzlaşıb. Daha sonra isə qismən bərpa olunaraq 66 min dollar səviyyəsində ticarət olunub.
Ekspertlər bildirirlər ki, son günlər ABŞ-də Bitkoin ETF-lərindən milyardlarla dollar vəsaitin çıxarılması bazara təzyiq göstərib. Məlumata əsasən, son 12 gün ərzində fondlardan ümumilikdə 4,7 milyard dollar çıxış qeydə alınıb.
Analitiklər qiymət enişinə təsir edən əsas amillərdən birinin də MicroStrategy şirkətinin həyata keçirdiyi satışlar olduğunu qeyd edirlər.
Qlobal kriptovalyuta bazarının ümumi dəyəri isə son 24 saat ərzində 3,4 faiz azalaraq 2,32 trilyon dollara geriləyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qlobal maliyyə sistemində yeni dövrün başlanğıcı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













