Bakıda "Nağılın qonağında" adlı musiqili-poetik konsert keçirilib
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında gənc istedadları, müəllimləri, valideynləri və incəsənətsevərləri bir araya gətirən "Nağılın qonağında" adlı musiqili-poetik konsert keçirilib.
"Far.Az" xəbər verir ki, konsertin təşkilatçıları beynəlxalq və respublika müsabiqələri laureatı, caz və estrada ifaçısı Günel Hacıyeva, həmçinin "Modern Poems" və "Gənc Şairlər" layihələrinin rəhbəri Lala Həsənova olublar.
Konsert proqramında 35 istedadlı uşaq iştirak edib. Tədbirdə fortepiano və vokal üzrə solo nömrələr, vokal ansambllarının çıxışları, fortepiano duetləri, şeir nümunələri və teatr səhnəcikləri təqdim olunub.
Çıxışlar sırasında məşhur və sevilən cizgi filmlərinin motivləri əsasında hazırlanmış teatr tamaşaları və musiqi nömrələri yer alıb. Balaca iştirakçılar nağıl və cizgi filmi qəhrəmanlarının rəngarəng geyimlərində səhnəyə çıxaraq tədbirə əsl bayram və sehrli ab-hava bəxş ediblər. Onların yaradıcı obrazları sayəsində konsert musiqi və poeziyanı teatr elementləri ilə birləşdirən maraqlı səhnə tamaşasına çevrilib.
Tədbirdə "Gənc Şairlər" ədəbi layihəsinin iştirakçıları və Günel Hacıyevanın şagirdləri çıxış ediblər.
Layihənin əsas məqsədi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, musiqi və ədəbiyyat sənətinin gənc nəslə sevdirilməsi və təbliğ olunmasıdır. Xüsusilə qeyd edilməlidir ki, layihə xeyriyyəçilik əsasında həyata keçirilir.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2026)
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib













