"Qarabağ"ın prezidenti Azərbaycanın Xorvatiyadakı səfiri ilə görüşüb
"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Anar İmanovla görüşüb.
Klubdan "Report"a verilən məlumata görə, görüş Azərbaycanın Xorvatiyadakı səfirliyində baş tutub.
Anar İmanovun dəvəti ilə gerçəkləşən görüş Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçı ərəfəsində təşkil olunub. Ağdam təmsilçisinin Xorvatiya səfərində də komandanı tək qoymayan Tahir Gözəl səfirə səmimi dəvətə və qəbula görə təşəkkür edib.
Görüş zamanı “Qarabağ”ın uğurları, klubun artıq bir brendə çevrilməsi və bütün dünyanın "köhlən atlar"la, onun tarixi ilə maraqlanması barədə danışılıb. Anar İmanov "Qarabağ"a uğurlar arzulayıb və oyunu stadiondan izləyəcəyini bildirib.
Qeyd edək ki, “Dinamo” – “Qarabağ” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
UEFA Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" matçında ilk hissə yekunlaşıb - YENİLƏNİB - 2
UEFA Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" matçında hesab açılıb - YENİLƏNİB
"Qarabağ" Çempionalar Liqasının pley-off qarşılaşması üçün Xorvatiyaya yola düşdü
Azərbaycanın Xorvatiyadakı səfirinin "Dinamo" - "Qarabağ" matçında iştirakı gözlənilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













