Göyçayda 7 otaqlı fərdi yaşayış evində yanğın olub
Göyçayda 7 otaqdan ibarət ikimərtəbəli evdə yanğın olub.
“Far.Az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Zakir Nəcəfov küçəsində, 62 yaşlı Rövşən Fərrux oğlu Əhmədova məxsus olan fərdi yaşayış evində baş verib. Ümumi sahəsi 384 kvadratmetr olan evin ikinci mərtəbəsində 192 kvadratmetr sahəni əhatə edən 3 otaq və dam örtüyü yanar konstruksiyaları ilə birlikdə alışıb.
Hadisə yerinə FHN-in Göyçay Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb, evin birinci mərtəbəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə edilib.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













