Azərbaycanda vergi borcları 3,3 milyard manatı keçib
2025-ci ildə Azərbaycanda vergi borcları 4,4 % və yaxud 139,5 milyon manat artıb.
"Far.Az" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ötən ilin sonuna sözügedən göstərici 3 milyard 308,8 milyon manat təşkil edib.
Bundan başqa, sədr deyib ki, bu il ilk dəfə qurum dövlət auditində rəqəmsal həllərin tətbiqi ilə vasitəsilə qanunvericilikdə müəyyən edilmiş hesabatların toplanmasına və müvafiq meyarlar əsasında qiymətləndirilməsinə çalışıb: "2025-ci ilin dövlət büdcəsinin icrasına dair Rəyin tərtib edilməsi zamanı 200-dən yuxarı təşkilatdan 1700-dən çox hesabat alınıb. Bu daha çox ola bilərdi. Lakin burda say önəmli deyil. Önəmli olan bəzi dövlət təşkilatlarında hesabatlılıq işinin yetərli səviyyədə olmamasıdır. Bunu əsasən rəqəmsal alətlərin natamam tətbiqi və peşəkar kadr potensialının qıtlığı kimi amillərlə bağlamaq olar. Hesabatları vaxtında təqdim edənlərin payı 40 % ətrafındadır. Nəzərə almaq lazımdır ki, hesabatı vaxtında təqdim edən təşkilatların hesabatlarında da natamamlıq və xətalara rast gəlinir. Bu hesabatların sayı da əhəmiyyətlidir. Hesabatların hazırlanmasına formal yanaşma onların analitik dəyərini də azaldır".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













