İsDB Qrupunun startap müsabiqəsində Azərbaycandan 25 layihə növbəti mərhələyə keçib
Bakıda təşkil ediləcək İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində reallaşdırılan "İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026"nın ("5th IsDB Group Startups & Innovation Pitch Competition 2026") növbəti etapına başlanılıb.
"Far.Az" xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə reallaşdırılan bu müsabiqəyə Azərbaycandan 200-dən artıq ərizə təqdim edilib.
IsDB-nin qiymətləndirmə platforması əsasında aparılan seçim proseduru nəticəsində 6 strateji innovasiya istiqaməti üzrə 25 startap yarışmanın sonrakı mərhələsinə keçmə hüququ qazanıb. Bu etapda 14-16 iyun tarixlərində "Bakı KOB evi"ndə üçgünlük "Bootcamp" proqramı təşkil ediləcək. Proqram daxilində seçilmiş startaplar təqdimat vərdişlərinin gücləndirilməsi, biznes modellərinin təkmilləşdirilməsi, investorlarla səmərəli ünsiyyət qurma və investisiya cəlb etmə potensialının artırılması sahələrində intensiv təlim və mentorluq sessiyalarına qatılacaqlar.
Proqrama innovasiya və sahibkarlıq sahəsində yerli və beynəlxalq təcrübəyə sahib mütəxəssis və mentorlar dəvət olunublar. Müsabiqənin yekun nəticələri isə iyunun 17-də Bakı Konqres Mərkəzində baş tutacaq "Strateji bilik dialoqu və qlobal təqdimat günü"ndə ("Strategic Knowledge Dialogue & Global Demo Day") açıqlanacaq.
"Demo Day" zamanı innovasiya, süni intellekt, maliyyə, ticarət və sahibkarlıq mövzularını əhatə edən panel müzakirələrlə bərabər, finala yüksələn 12 startap beynəlxalq investorlar və ekspertlər hüzurunda öz layihələrini nümayiş etdirəcəklər. Final mərhələsində iştirakçıların çıxışları Azərbaycan və IsDB tərəfindən formalaşdırılmış beynəlxalq münsiflər heyəti vasitəsilə dəyərləndiriləcək. Yarışmanın sonunda cəmi 9 qalib təyin ediləcək və onlara mükafatlar veriləcəkdir.
Müsabiqənin əsas hədəfi innovativ sahibkarlığın inkişafını stimullaşdırmaq, perspektivli startapların investorlarla əməkdaşlıq imkanlarını artırmaq, onların beynəlxalq bazarlara çıxışını dəstəkləmək və Azərbaycanın innovasiya ekosisteminin qlobal əməkdaşlıq platformalarına inteqrasiyasına kömək etməkdir.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5













