Oljas Bektenov: Mərkəzi Asiya vahid investisiya məkanı formalaşdırır
Far.Az xəbər saytı

Oljas Bektenov: Mərkəzi Asiya vahid investisiya məkanı formalaşdırır


Mərkəzi Asiyada əməkdaşlığın genişlənməsinə və iqtisadi əlaqələrin artmasına əsaslanan vahid investisiya məkanı formalaşır.

"Report"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov Daşkənd İnvestisiya Forumunun açılış mərasimində bildirib.

O, Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlığın inkişafının vacibliyini qeyd edib.

Baş nazir vurğulayıb ki, region ölkələri arasında münasibətlər etimada və ümumi tarixə əsaslanır: "Qazaxıstan regional birliyimizin tam potensialını açmaq üçün Mərkəzi Asiyanın bütün ölkələri ilə sıx əməkdaşlıq etmək niyyətindədir".

O.Bektenov bildirib ki, region ölkələrinin məcmu ÜDM-i artıq 500 milyard dolları, regiondaxili ticarət isə 12 milyard dolları keçib və məqsəd bunu 20 milyard dollara çatdırmaqdır.

Onun sözlərinə görə, Mərkəzi Asiya "greenfield" investisiyalarının artımını nümayiş etdirən yeganə Asiya regionu olub: "Biz Orta Dəhlizi qlobal bazarlara çıxış açan əsas tranzit marşrutu kimi nəzərdən keçiririk".

Baş nazir, həmçinin Qazaxıstan və Özbəkistan arasında dəmir yolu dəhlizlərinin inkişafı planları barədə məlumat verib: "Biz artıq dəmir yolu dəhlizlərinin buraxılış qabiliyyətinin ildə 35 milyon tondan 60 milyon tona qədər artırılması planını təsdiq etmişik. Mərkəzi Asiya vahid investisiya brendi formalaşdıra və beynəlxalq arenada mövqelərini möhkəmləndirə bilər".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər