"Sabah" Masazırdan niyə köçdü? - Klub prezidenti AÇIQLADI
"Dalğa Arena"da hazırda son tamamlama, yəni kosmetik işlər aparılır. "Sabah"ın "Qarabağ"la ev oyunu yenilənmiş stadionumuzda baş tutacaq".
Far.Az xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında Çempionlar Liqasındakı təmsilçimizin prezidenti Maqsud Adıgözəlov deyib.
Adıgözəlov "Sabah"ın Masazırdan köçməsinin azarkeşlər tərəfindən birmənalı qarşılanmamasına da münasibət bildirib. O, dəyişikliyin logistik səbəblərlə bağlı olduğunu deyib:
"Masazır hər zaman bizim ürəyimizdədir. Biz ilk oyunumuzdan orada olmuşuq. Sadəcə, şərait məsələsi bu dəyişikliyə səbəb yaratdı. Biz hər dəfə Şüvəlandakı öz bazamızdan Masazıra ən azı bir saat 40 dəqiqə yol gedirdik. Bu da komanda üçün problem yaradırdı. Ona görə də "Dalğa Arena" lokasiya olaraq daha əlverişlidir".
Klub prezidenti "Dalğa Arena"da masazırlı azarkeşlər üçün yeniliklərin olacağını və onların oyunlara cəlb edilməsi üçün şərait yaradılacağını da bildirib:
"Biz azarkeşlər üçün hər cür şərait yaradacağıq ki, onlar Masazırdan "Dalğa Arena"ya gəlsin və komandamıza dəstək olsunlar. "Dalğa Arena"da Masazır azarkeşləri üçün sürpriz hazırlamışıq ki, onlar özlərini orada öz evlərindəki kimi hiss etsinlər".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının (APL) IX turunda keçiriləcək "Sabah" - "Qarabağ" görüşü oktyabrın 25-də baş tutacaq.
"Sabah" 2018-ci ildən - APL-də debüt etdiyi gündən ev oyunlarını Masazırdakı "Bank Respublika Arena"da keçirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













