İsDB-nin 51-ci illik toplantısı çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
Far.Az xəbər saytı

İsDB-nin 51-ci illik toplantısı çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq


İslam İnkişaf Bankının Bakıda keçirilən 51-ci İllik Toplantısı çərçivəsində 4,7 milyard ABŞ dollarından çox dəyərində sazişlər imzalanacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.

Nazirin sözlərinə görə, tədbir çərçivəsində ümumi dəyəri 4,7 milyard ABŞ dollarını aşan 32-dən çox saziş və anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

M. Cabbarov bildirib ki, Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli tərəfdaşlığa böyük önəm verir: "Ölkənin 1992-ci ildə təşkilata üzv olmasından bəri əməkdaşlıq qarşılıqlı etimad, ortaq prioritetlər və praktiki nəticələr əsasında inkişaf edib. Özəl sektorun inkişafı, ticarətin maliyyələşdirilməsi, infrastruktur layihələri, kiçik və orta sahibkarlığa dəstək, "yaşıl keçid" və rəqəmsal transformasiya həm İslam İnkişaf Bankı Qrupunun, həm də Azərbaycanın milli iqtisadi strategiyasının əsas istiqamətləridir".

Nazir vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın əsas strateji hədəflərindən biri olaraq qalır: "İstehsal, kənd təsərrüfatı və ərzaq emalı, logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar və ixrac potensialına malik digər qeyri-neft sahələrində geniş imkanlar mövcuddur. Azərbaycanın imkanlarının İslam İnkişaf Bankı Qrupunun maliyyə alətləri və beynəlxalq şəbəkəsi ilə birləşdirilməsi həm kommersiya baxımından səmərəli, həm də inkişafyönümlü layihələrin həyata keçirilməsinə şərait yaradır".

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər