Nazir: "Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıqdan konkret nəticələr əldə edir"
Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlıq Azərbaycanda infrastruktur layihələrinin maliyyələşdirilməsi istiqamətində real nəticələr verməyə başlayıb.
"Far.Az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.
Nazir bildirib ki, Azərbaycan nümunəsi bu əməkdaşlıq formatının nə qədər operativ işlədiyini nümayiş etdirir: "Nəticələr gözlədiyimizdən daha sürətli əldə olunur. Hətta bu günlərdə konkret layihələr üzrə sənədlər imzalanır və icraya yönəldilir. Söhbət tullantıların emalı müəssisələri, avtomobil yolları və digər infrastruktur layihələrinin maliyyələşdirilməsindən gedir".
M. Cabbarov vurğulayıb ki, İsDB təkcə maliyyə institutu deyil, həm də müxtəlif tərəfləri bir araya gətirən mühüm əməkdaşlıq platformasıdır: "Bu platforma çərçivəsində formalaşan əlaqələr yeni layihələrin və tərəfdaşlıqların yaranmasına əlavə imkanlar yaradır. Çoxtərəfli inkişaf banklarının hər hansı ikitərəfli əməkdaşlıq prosesində iştirakı layihələrin keyfiyyəti, etibarlılığı və məsuliyyət səviyyəsinə əlavə təminat verir. Beynəlxalq maliyyə institutlarının iştirakı tərəflər arasında etimadı artırır və yeni əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradır".
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













