AYNA: Taksi sifarişi operatorlarının iştirakı ilə yeni layihənin icrasına başlanılıb
Far.Az xəbər saytı

AYNA: Taksi sifarişi operatorlarının iştirakı ilə yeni layihənin icrasına başlanılıb


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), taksi sifarişi operatorlarının iştirakı ilə "Digital Finance" layihəsinin icrasına başlanılıb.

"Far.Az" AYNA-ya istinadən xəbər verir ki, İRİA-nın dəstəyi ilə həyata keçirilən "Digital Finance" layihəsi çərçivəsində iki böyük taksi sifarişi operatorunda ("Bolt" və "Uber/Yango") yeni rəqəmsal həll tətbiq edilib.

Yeni sistem taksi bazarında şəffaflığın artırılması, sənədlərin yoxlanılması prosesinin avtomatlaşdırılması, sürücülərə dair tələblərə nəzarətin gücləndirilməsi və sərnişinlər üçün təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.

Layihənin məqsədi operatorların mobil tətbiqlərində yeni sürücü qeydiyyatı zamanı "Xüsusi hazırlıq şəhadətnaməsi" və "Buraxılış kartı" məlumatlarının texnoloji həll vasitəsilə real vaxt rejimində avtomatik yoxlanılmasının təmin edilməsidir.

Əlavə olaraq, sürücülərin "Xüsusi hazırlıq şəhadətnaməsi" məlumatlarının paylaşılmasına dair öz "myGov" kabinetləri üzərindən razılıq vermələri tələb olunur.

Qeyd edək ki, indiyədək yeni sürücü qeydiyyatı zamanı "Xüsusi hazırlıq şəhadətnaməsi" və "Buraxılış kartı" məlumatlarının yoxlanılması prosesi taksi sifarişi operatorları tərəfindən avtomatik deyil, əl ilə icra edilirdi. Bu isə buraxılış kartı olmadan və təlimdən keçməyən sürücülərin asanlıqla qeydiyyatdan keçərək taksi sifarişi operatorlarının sistemlərində sürücü profili yaratmaqla fəaliyyət göstərmələrinə imkan verirdi. İndi isə qeyd olunan sənədlərin mövcudluğu yaradılmış inteqrasiya əsasında yoxlanılacaq, sözügedən sənəd və icazələri olmayan şəxslər sürücü kimi fəaliyyət göstərə bilməyəcəklər.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
Bolt Accelerator Demo Day: Azərbaycanda innovasiya və sahibkarlığı dəstəkləyən final təqdimatı uğurla başa çatdı
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Sahibkarlığa dəstək: Bolt Accelerator finalı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər