Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb
Far.Az xəbər saytı

Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb


Qazaxıstan və Çin Almatıda keçirilən investisiya forumu çərçivəsində ümumi məbləği 8,2 milyard dollar olan sazişlər imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

"Qazaxıstan - Çin" investisiya forumu çərçivəsində ümumi məbləği 8,2 milyard dollar olan 50 kommersiya sənədi imzalanıb", - məlumatda bildirilib.

İkitərəfli sazişlər çərçivəsində Abay vilayətində (Şərqi Qazaxıstan) elektrolitik alüminium istehsalı zavodlarının və müşayiətedici külək elektrik stansiyasının, Akmola vilayətində ümumi gücü 450 MVt olan külək elektrik stansiyalarının, eləcə də Semeydə (Semipalatinsk) ağac-yonqar plitələr istehsalı müəssisələrinin tikintisi, "Samruk-Enerqo" SC, "China Energy Overseas Investment Co., Ltd." və "SANY Renewable Energy Co., Ltd" arasında layihənin birgə işlənib hazırlanması, avtomobilqayırma sahəsində layihələrin həyata keçirilməsi, birgə investisiya fondunun yaradılması və s. nəzərdə tutulub.

Oxşar xəbərlər

"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
Azərbaycan Çin şirkəti ilə günəş enerjisi layihəsi üzrə İcra Müqaviləsi imzalayıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər