Qətərdə zavodda partlayış: Onlarla yaralı, 18 nəfərdən xəbər yoxdur
Qətərin Ras Laffan Sənaye Zonasında yerləşən zavodlardan birində baş verən partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb.
Far.Az xəbər verir ki, hadisə paytaxt Doha şəhərinin şimalında yerləşən sənaye bölgəsində qeydə alınıb. Qətər Daxili İşlər Nazirliyi partlayışdan sonra 18 nəfərin itkin düşdüyünü və onların tapılması üçün axtarış-xilasetmə əməliyyatlarının davam etdirildiyini açıqlayıb.
İlkin məlumata əsasən, partlayış zavodda baş vermiş texniki nasazlıq nəticəsində meydana gəlib. Hadisə yerinə çoxsaylı xilasedici və təcili yardım briqadaları cəlb olunub, yaralılar xəstəxanalara yerləşdirilib.
Qətərin dövlət enerji şirkəti bildirib ki, partlayışdan sonra yaxınlıqdakı qaz təchizatı obyektində baş verən yanğın nəzarətə götürülərək tam söndürülüb.
Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır, itkin düşən şəxslərin axtarışı isə davam edir.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
FHN zavodda təlim keçirdi
Lökbatanda anbardakı yanğın nəzarətə götürülüb -YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var
-
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir













