Ankarada iyunun 28-dən iyulun 11-dək aksiyaların keçirilməsi qadağan olunub
Türkiyənin Ankara vilayətinin rəhbərliyi 7-8 iyul 2026-cı il tarixlərində keçiriləcək 36-cı NATO zirvəsi çərçivəsində şəhər ərazisində təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu çərçivədə 28 iyun yerli vaxtla saat 00:00-dan 10 iyul saat 23:59-dək toplantı, nümayiş yürüşü, mətbuat açıqlaması, etiraz, stend açma, çadır qurma və bənzər aksiya və tədbirlər qadağan edilib.
"İcazə olmadan dron uçuşları da qadağa çərçivəsində olacaq", - məlumatda bildirilib. Əlavə edilib ki, NATO zirvəsi çərçivəsində qonaqların qalacağı yerlərdə, toplantı məkanlarında və nümayəndə heyətlərinin keçid marşrutlarında təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Zirvənin keçiriləcəyi ərazilər, nümayəndə heyətinin qalacağı yerlər və keçid marşrutları başda olmaqla, müəyyən edilmiş həssas bölgələrə səlahiyyətsiz nəqliyyat vasitələrinin və şəxslərin girişi məhdudlaşdırılacaq:
"Açıq və qapalı məkanlarda keçiriləcək toplantı və nümayiş yürüşü, mətbuat açıqlaması, aclıq aksiyası, oturaq aksiya, etiraz, mitinq, stend açma, çadır qurma, bildiriş və broşür paylama, afişa, plakat asma kimi aksiya və tədbirlər də qadağan edilib".
Oxşar xəbərlər
Ankarada azərbaycanlı tələbələr "Bir şəhər, iki baxış" fotomüsabiqəsində mükafatlandırılıblar
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Səhiyyə Nazirliyi Xankəndidə uşaqlar üçün tibbi aksiya keçirdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













