Bir qrup işəgötürənə “DOST Müfəttiş” layihəsi təqdim olunub
Far.Az xəbər saytı

Bir qrup işəgötürənə “DOST Müfəttiş” layihəsi təqdim olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlət və özəl sektora aid daha bir qrup işəgötürən üçün Nazirliyin “DOST Müfəttiş” layihəsinə dair təqdimat olub.

"Far.Az" xəbər verir ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələrin də iştirakı ilə keçən görüşdə layihəyə qoşulmaq üçün müraciət etmiş dövlət və özəl qurumların nümayəndələrinə layihə haqqında geniş təqdimat edilib.

Bildirilib ki, layihə ölkədə fəaliyyət göstərən müəssisələrdə əmək münasibətlərinin tənzimlənməsi, müəssisələrin mütərəqqi fəaliyyətinə dəstək olmaq və korporativ mühiti inkişaf etdirmək məqsədi ilə tətbiq edilir.

Layihə çərçivəsində müəssisələrdə inzibati məsuliyyət risklərinin azaldılması, əmək qanunvericiliyinə əməl edilməsi istiqamətində preventiv tədbirlərin tətbiqi, əməyin mühafizəsi üzrə fəaliyyətin düzgün təşkili, insan resursları proseslərinin optimallaşdırılmasına və “Əmək və Məşğulluq” altsisteminin tətbiqi ilə bağlı texniki məsələlərdə dəstək göstərilir.

Görüşdə layihənin müəssisələrdə tətbiqi haqqında geniş müzakirə aparılıb. Görüşün sonunda qurumlara layihə planı təqdim edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər