Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 3,6 milyon ABŞ dolları dəyərində 2 min 239 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) idxal edilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 3,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Belçikadan 2,2 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 dəfə çox) 1 min 309 ton (+2,6 dəfə), İrandan 981 min ABŞ dolları dəyərində (+981 dəfə) 818 ton (+1 543 dəfə), Çindən 186 min ABŞ dolları dəyərində (-27 %) 58 ton (-48 %), Cənubi Koreyadan 88 min ABŞ dolları dəyərində (-4 %) 45 ton (-2 %), Amerika Birləşmiş Ştatlarından 43 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 2,93 ton (+92 %) məhsul alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 6 min 598 ton kerosinin 94,6 %-i Belçikanın payına düşüb.
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
-
Emin Ağalarovdan Kerem Bürsinə hədiyyə
-
Qobustanda ağır qəza: Ölən var
-
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
-
Qaxda vətəndaş qəbulu keçirilib
-
Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub













