İran ABŞ-nin dondurulmuş aktivlərlə bağlı iddialarını təkzib etdi
"Tehran aktivləri blokdan çıxarıldığı təqdirdə, həmin vəsaitləri ABŞ məhsullarının alınmasına sərf etmək niyyətində deyil".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sosial şəbəkə hesabında bildirib.
"ABŞ guya dondurulmuş vəsaitlərimizlə onların məhsullarının alınacağı barədə yalan iddialar irəli sürür. Çox maraqlıdır. Bizim yığdığımız yeganə məhsul elə sizin əkdiyinizdir: onilliklər boyu davam edən etimadsızlıq", - deyə spiker qeyd edib.
Qalibafın sözlərinə görə, Birləşmiş Ştatlar sadəcə olaraq pozulmuş vədlər və mənasız danışıqlar ixrac edir.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İranın aktivlərinin dondurulmaqdan çıxarılmasının mümkün olduğunu, lakin bu vəsaitlərin İranpərəst qruplaşmaların maliyyələşdirilməsinə deyil, məsələn, ABŞ-nin kənd təsərrüfatı mallarının tədarükünə yönəldilməli olduğunu bildirmişdi.
ABŞ Prezidenti Donald Tramp isə ölkəsinin indiyədək İrana heç bir pul ödəmədiyini və əvvəllər dondurulmuş İran vəsaitlərindən onlara heç nə verilmədiyini vurğulamışdı: "Biz qarğıdalı, buğda, soya və digər məhsulları almaq məqsədilə fermerlərimiz üçün onların pullarının bir hissəsini tam nəzarətimiz altında blokdan çıxaracağıq. İranın ərzağa ciddi ehtiyacı var və biz bunu yalnız ABŞ-dən tədarük edəcəyik".
Oxşar xəbərlər
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
SOCAR-ın borc öhdəlikləri açıqlanıb
-
Sabahdan böyük DƏYİŞİKLİK! 6 Ekspres avtobus xətti işə düşür - Haradan-haraya
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
-
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər













