Marneulidə azərbaycanlı abituriyentlər üçün ödənişsiz sınaq imtahanı keçirilib
Gürcüstanın Marneuli şəhərində azərbaycandilli məktəblərin abituriyentləri üçün ödənişsiz sınaq imtahanı keçirilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, Marneulidə yerləşən Azərbaycan Evində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 1+4 universitetə hazırlıq proqramı üzrə vahid milli imtahan çərçivəsində sınaq imtahanı təşkil olunub.
İmtahanda 150-yə yaxın abituriyent iştirak edib. Onlardan 80-dən çoxu GAİM-də fəaliyyət göstərən riyaziyyat və məntiq hazırlıq kurslarının dinləyicisi olub. İmtahan bütün iştirakçılar üçün ödənişsiz keçirilib.
İmtahanın məqsədi abituriyentlərin bilik və hazırlıq səviyyəsini qiymətləndirmək, onların imtahan mühitinə uyğunlaşmasına kömək etmək və qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına dəstək verməkdir.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Marneulidə azərbaycandilli məktəblərin problemləri müzakirə olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq













