Uqandada hərbçilər televiziya kanallarının yayımını dayandırdılar
Uqandada silahlı hərbçilər ölkənin ən böyük müstəqil media holdinqi olan "Nation Media Group"un (NMG) ofislərini mühasirəyə alaraq televiziya kanallarının yayımını dayandırıblar. Bu addım ölkənin Silahlı Qüvvələrinin baş komandanı, Prezident Yoveri Museveninin oğlu general Muxuzi Kayneruqabanın əmri ilə atılıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, əməliyyat gecə saatlarında başlayıb.
Hərbçilər Kampalanın Namuvonqo rayonunda yerləşən NMG-nin baş ofisini, həmçinin redaksiyaların bir hissəsinin yerləşdiyi "Serena" hotelindəki holdinqin ofislərini mühasirəyə alıblar.
Muxuzi "X" sosial şəbəkəsində yazıb ki, telekanallar onun icazəsi olmadan fəaliyyətini bərpa etməyəcək.
General bir neçə həftə əvvəl holdinqə məxsus media qurumları Kampala meri Erias Lukvaqonun həbsini və onunla bağlı digər həssas mövzuları işıqlandırdıqdan sonra NMG-ni hədələməyə başlamışdı.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var
-
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir













