Həkimdən gün eynəyi xəbərdarlığı: Ucuz modellər gözlərinizə zərər vura bilər
Yay mövsümündə gün eynəyindən istifadə edənlərin sayı artsa da, mütəxəssislər xəbərdarlıq edirlər ki, hər tünd şüşəli eynək gözləri Günəşin zərərli şüalarından qorumur. Əksinə, keyfiyyətsiz gün eynəkləri görmə qabiliyyəti üçün ciddi risk yarada bilər.
Far.Az-in məlumatına görə, oftalmoloq Aleksey Kazban bildirib ki, ultrabənövşəyi (UV) filtrə malik olmayan tünd şüşəli eynəklər göz bəbəyinin genişlənməsinə səbəb olur. Nəticədə Günəşin zərərli ultrabənövşəyi şüaları maneəsiz şəkildə tor qişaya və göz bülluruna çatır.
Həkimin sözlərinə görə, belə hallarda gözlər ümumiyyətlə eynəksiz qalmaqdan daha çox zərər görə bilər:
"Çünki parlaq işıqda göz bəbəyi təbii olaraq kiçilir və bu da müəyyən dərəcədə qoruyucu rol oynayır. Eynəyin üzərində "UV400" işarəsinin olması da hər zaman onun keyfiyyətli olduğu anlamına gəlmir. Onun sözlərinə görə, xüsusilə sertifikatsız satış məntəqələrində satılan məhsulların üzərindəki bu cür qeydlər bəzən yalnız reklam xarakteri daşıyır və laboratoriya yoxlamaları ilə təsdiqlənmir.
Şüşələrin rəngi də qoruma səviyyəsini müəyyən etmir. Gözləri ultrabənövşəyi şüalardan qoruyan əsas amil xüsusi UV filtr örtüyüdür. Rəng baxımından isə boz və qəhvəyi şüşələr daha məqsədəuyğun hesab olunur, çünki onlar ətraf mühitin rənglərini daha təbii göstərir".
Mütəxəssis keyfiyyətli gün eynəyi almaq istəyənlərə yalnız ixtisaslaşmış optika mağazalarına və rəsmi satış nöqtələrinə müraciət etməyi tövsiyə edib. Onun sözlərinə görə, belə məntəqələrdə məhsulun sertifikatı və texniki sənədləri təqdim olunur ki, bu da eynəyin həqiqətən gözləri zərərli ultrabənövşəyi şüalardan qoruduğuna əmin olmağa imkan verir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti tapıldı
-
Tehranda sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var













