Axios: ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir
Far.Az xəbər saytı

Axios: ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir


ABŞ administrasiyası İsrailin Qəzza zolağı ilə bağlı əldə olunan razılaşmalara əməl edəcəyini gözləyir.

"Far.Az" xəbər verir ki, bu barədə Axios və İsrailin 12-ci telekanalının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, Ağ Ev İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza üzrə Sülh Şurasının 15 maddəlik planını rədd etməsi və HƏMAS tərksilah edilməyənədək qoşunlarını anklavdan çıxarmayacağı barədə açıqlamalarından narahat deyil.

Amerikalı rəsmi Netanyahunun mövqeyini oktyabrın 27-də keçiriləcək Knesset seçkiləri ilə əlaqələndirib. O bildirib ki, Vaşinqton İsrail baş nazirinin siyasi mülahizələrini anlayır, lakin Netanyahu ABŞ-ın tələblərinə, o cümlədən Qəzza zolağına endirilən zərbələri məhdudlaşdırmaq çağırışına əməl etməyə davam edir.

Ravidin məlumatına görə, Netanyahu ötən həftə ABŞ Prezidenti Donald Trampla və onun kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb. Danışıq zamanı Netanyahu plana "şans verməyə" və demilitarizasiya prosesinə başlamaq üçün Qəzzaya zərbələri məhdudlaşdırmağa söz verib. ABŞ tərəfi hesab edir ki, İsrail baş naziri bu vədinə əməl edir.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər