Yenilənmiş pul əsginasının tədavülə buraxılacağı TARİX AÇIQLANDI
Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub.
Far.Az xəbər verir ki, bunu "Trend"ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib.
O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hansı dəyişiklik barədə ictimai məlumatlandırma onların tədavülə buraxılma tarixindən öncə Mərkəzi Bankın rəsmi internet səhifəsi və sosial media səhifələri vasitəsilə təşkil olunur:
"Son dəyişikliklərdən biri ötən ilin dekabr ayında yenilənmiş 50 manatlıq pul nişanının tədavülə buraxılması olub. Cari ildə 15 iyul tarixində isə yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Təhlillərə əsasən, saxtalaşdırma üsullarının əksər hallarda primitiv üsullardan (rəngli surətçıxarma və ya skaner) istifadə edilməklə həyata keçirildiyi müşahidə olunur. Belə saxta pullar bank əməkdaşları və ya avadanlıqlar tərəfindən asanlıqla müəyyən olunur. Milli pul nişanlarının yüksək texniki göstəriciləri və təhlükəsizlik elementlərinin etibarlılığı nəticəsində milli pul nişanlarının saxtalaşdırılma səviyyəsi dünyanın aparıcı valyutaları və qonşu dövlətlərin valyutaları ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı hesab olunur".
Oxşar xəbərlər
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













