ARDNF Səudiyyə Ərəbistanına investisiya yatırılması imkanlarını araşdıracaq
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Səudiyyə Ərəbistanında investisiya imkanlarını araşdırmaq məqsədilə bu ölkənin "Hassana İnvestisiya Şirkəti" ilə Anlaşma Memorandumu imzalayıb.
"Far.Az" Fonda istinadən xəbər verir ki, sənəd müştərək investisiyaların həyata keçirilməsi imkanlarını araşdırmağa imkan yaradaraq iki qurum arasında strateji əməkdaşlığın inkişafına töhfə verəcək.
Anlaşma Memorandumunun ARDNF-in İcraçı direktoru İsrafil Məmmədov və "Hassana İnvestisiya Şirkəti"nin İcraçı direktoru Saad bin Abdulmohsen Al-Fadli imzalayıb.
İ.Məmmədov bildirib: "Bu Anlaşma Memorandumu yalnız iki maliyyə qurumunun razılaşması deyil, eyni zamanda strateji investisiyalar və dayanıqlı inkişaf üçün ortaq məqsədlərə yönəlmiş tərəfdaşlığın başlanğıcıdır. Bu əməkdaşlıq ARDNF-in “Vision 2030” strateji hədəfləri çərçivəsində əhəmiyyətli inkişaf və transformasiya dövründən keçən Səudiyyə Ərəbistanındakı investisiya strategiyası baxımından əhəmiyyətli bir mərhələdir. Biz Hassana ilə qarşılıqlı maraq doğuran layihələri müəyyən etmək və inkişaf etdirmək üçün birgə çalışmağa hazırıq".
Saad bin Abdulmohsen Al-Fadli bu tərəfdaşlığın "Hassana İnvestisiya Şirkəti" üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: " Hər iki tərəfə Səudiyyə Ərəbistanının investisiya sektorundakı yeni imkanlardan faydalanmağa kömək edəcək bu memorandum sayəsində əməkdaşlığımız, özəl səhm, daşınmaz əmlak və infrastruktur sahələrinə fokuslanaraq uzunmüddətli dəyər yaratmağı hədəfləyir".
"Hassana İnvestisiya Şirkəti" Ümumi Sosial Sığorta Təşkilatının (GOSI) investisiya meneceri olaraq fəaliyyət göstərir. 1,2 trilyon Səudiyyə riyalı (320 milyard ABŞ dolları) dəyərində aktivləri və dünyanın ən böyük pensiya fondlarından birini idarə edən "Hassana" yerli, regional eləcə də, qlobal investisiyalardan ibarət çoxşaxəli portfelə malikdir, bütün Səudiyyə nəsillərinin gələcək pensiya ehtiyaclarını qarşılamaq məqsədilə dayanıqlılıq prinsiplərinə əsaslanan strategiyası çərçivəsində uzunmüddətli investisiyalar həyata keçirir.
Oxşar xəbərlər
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
AMB: Dayanıqlı maliyyə taksonomiyaları ətraf mühit və sosial məqsədlər üçün mühüm vasitəyə çevrilib
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













