İran dörd ölkədəki ABŞ obyektlərinə zərbələr endirib - YENİLƏNİB
Far.Az xəbər saytı

İran dörd ölkədəki ABŞ obyektlərinə zərbələr endirib - YENİLƏNİB


İran Silahlı Qüvvələri ABŞ-nin zərbələrinə cavab olaraq İordaniya, Küveyt, Bəhreyn və Qətərdə yerləşən Amerika hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə silsilə hücumlar həyata keçirib.

"Far.Az" xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.

Məlumata görə, Küveytdə İran hərbçiləri PUA-larla "Patriot" hava hücumundan müdafiə sistemi, sursat anbarı və ABŞ-a məxsus hərbi radarı hədəfə alıblar. Digər PUA dalğası isə Bəhreyndə rabitə mərkəzinə və hərbi radara zərbələr endirib.

Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin istifadə etdiyi Qətərdəki Əl-Üdeyd aviabazasına da zərbə endirildiyini bildirib. İddia olunur ki, hücum nəticəsində qırıcı təyyarələrin texniki xidmət sahəsi və komanda mərkəzi vurulub.

SEPAH-ın məlumatına əsasən, İordaniyadakı ABŞ-ın "Şahzadə Həsən" aviabazasına raket zərbəsi endirilib.

Bildirilib ki, hücum zamanı komanda-idarəetmə mərkəzi və MQ-9 Reaper PUA-ları üçün anqarlar da daxil olmaqla hərbi infrastruktur hədəfə alınıb.

Bundan əlavə, SEPAH Hörmüz boğazında qaydaları pozduğu iddia edilən ikinci gəminin də İran hərbçiləri tərəfindən vurulduğunu açıqlayıb.

İran Yaxın Şərqdəki ABŞ hədəflərinə hücum etməyə başlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İslam Respublikasının Hörmüz boğazında bir gəmiyə hücumlarına cavab olaraq İrana yeni zərbələr endirildiyini bildirib. İranın Bəndər Abbas, Sirik və Çabahar liman şəhərlərində, eləcə də Qeşm adasında, Buşehr əyalətinin bəzi yerlərində və Əsəluyədə partlayışlar baş verib.

Oxşar xəbərlər

FHN silsilə maarifləndirmə tədbirləri keçirib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər