Naxçıvanda yanğın-taktiki təlim keçirilib
Naxçıvan Muxtar Respublikasında yanğın-taktiki təlim keçirilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, meşə yanğınlarının qarşısının alınması, yanğınla mübarizə üsullarının təkmilləşdirilməsi və bu sahədə koordinasiyanın gücləndirilməsi məqsədilə Uzunoba Dövlət Meşəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Babək rayon və Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə “Meşələrdə və meşə massivlərində yanğınların söndürülməsi” mövzusunda təlim keçirilib.
Təlim zamanı dağlıq və çətin relyefə malik ərazilərdə baş verə biləcək meşə yanğınlarının söndürülməsində istifadə olunan zəruri texnika, avadanlıq və ləvazimatlardan istifadə qaydaları izah olunub və qüvvə və texnikaların dərhal yanğın baş vermiş əraziyə cəlb olunması, yanğının söndürülməsi, geniş ərazilərə yayılmasının qarşısının alınması və yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.
Uğurla keçən təlimin sonunda əldə edilən nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Meşələrdə yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub
“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası aralıq hesabatını təqdim edib - FOTO
Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Bakıda rayon icra başçılarına qanunsuz tikililərlə bağlı ciddi xəbərdarlıq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq













