Çexiyada ağır cinayətlər törədən əcnəbilərin ölkədən çıxarılması təklif edilib
Çexiyanın hakim koalisiyası üç il və ya daha çox müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş əcnəbilərin ölkədən avtomatik çıxarılmasını təklif edəcək.
"Report"un məlumatına görə, bu barədə ČTK agentliyi Deputatlar Palatasının spikeri və SPD ("Azadlıq və Birbaşa Demokratiya") partiyasının lideri Tomio Okamuraya istinadən xəbər verib.
Agentliyin məlumatına görə, müvafiq razılaşma hakim koalisiyaya daxil olan partiyaların liderləri arasında əldə olunub. Koalisiyaya SPD ilə yanaşı, ANO ("Narazı Vətəndaşların Aksiyası") hərəkatı və Motorist ("Avtomobilçilər") partiyası daxildir. Ədliyyə naziri Yeronim Teyts artıq müvafiq sənəd layihəsini hazırlayıb.
"Biz müəyyən cəza müddəti nəzərdə tutan cinayətlərin siyahısını birbaşa göstərəcəyik. Konkret olaraq, bunun üç il və daha çox müddətə azadlıqdan məhrumetmə cəzası olmasını istəyirik", – deyə Okamura bildirib.
Hazırda Çexiyada cinayət törətmiş əcnəbilərin ölkədən çıxarılması avtomatik həyata keçirilmir və məhkəmənin qərarı əsasında icra olunur.
Bundan əlavə, hakim koalisiya əcnəbilər də daxil olmaqla, bütün məhkumlar üçün zorlama cinayətinə görə cəzaların sərtləşdirilməsi barədə razılığa gəlib. Ədliyyə Nazirliyi prokurorluq üçün metodik göstərişlər hazırlayır. Bu göstərişlər, xüsusilə zorlama işləri üzrə yüngül hökmlərdən daha tez-tez apellyasiya şikayəti verilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb













