Vens İsraildə İranla münaqişənin uzanmasında maraqlı qüvvələrin olduğunu bildirib
Far.Az xəbər saytı

Vens İsraildə İranla münaqişənin uzanmasında maraqlı qüvvələrin olduğunu bildirib


ABŞ-ın vitse-prezidenti Cey Di Vens İsraildə İranla münaqişənin uzadılmasında maraqlı olan qüvvələrin mövcud olduğunu bəyan edib.

"Far.Az"un məlumatına görə, o, bu barədə amerikalı teleaparıcı Co Roqanın proqramında çıxışı zamanı bildirib.

"İsrail hökumətinin Amerika siyasətinə nə dərəcədə təsir göstərməsi barədə çoxlu müzakirələr gedir. Şübhəsiz ki, İsrail hökumətində İranla razılaşmanı bəyənməyən insanlar var. Bununla bağlı birbaşa sübutlarımız mövcuddur", - deyə Vens bildirib.

Onun sözlərinə görə, İsrailin dövlət sistemində ABŞ ictimai rəyinə təsir göstərən və onu "müharibənin sonsuz şəkildə davam etməsinə yönəltməyə çalışan" şəxslər var.

"Bir daha qeyd edirəm ki, söhbət hər hansı konkret məqsəddən getmir, sadəcə olaraq müharibənin sonsuzadək davam etməsindən gedir",- deyə ABŞ vitse-prezidenti əlavə edib.

Oxşar xəbərlər

WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər