Aİ Rusiyanın müvəqqəti işlər vəkilini konsulluqlara hücumlar səbəbilə çağırıb
Avropa Xarici Əlaqələr Xidməti (EEAS) iyulun 28-də Rusiya pilotsuz uçuş aparatlarının Rumıniyanın hava məkanını pozmasına və Latviyanın Ukraynadakı fəxri konsulluğuna endirilən zərbəyə cavab olaraq Rusiyanın Avropa İttifaqı (Aİ) yanındakı müvəqqəti işlər vəkilini çağırıb.
"Far.Az"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Ənvər Əl Ənuni bildirib.
"Bu gün biz Rusiyanın müvəqqəti işlər vəkilini EEAS-a çağırdıq. Rusiya pilotsuz uçuş aparatları tərəfindən Rumıniyanın hava məkanının qəsdən pozulması ilə əlaqədar Rusiya tərəfinə qəti etiraz bildirilib", - o qeyd edib.
Əl Ənuninin sözlərinə görə, bu cür hərəkətlər "ciddi eskalasiya"dır, Aİ vətəndaşlarının təhlükəsizliyinə, regional sabitliyə və beynəlxalq sülhə təhlükə yaradır.
Brüssel həmçinin Rumıniya və Latviyaya "tam həmrəyliyini və dəstəyini" təsdiq edib.
Onun sözlərinə görə, Aİ-nin xarici siyasət xidməti Ukraynaya dəstək göstərməyə və Moskvaya təzyiqləri artırmağa davam edəcək. Əl Ənuni xatırladıb ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiyaya qarşı sanksiya rejiminin daha da gücləndirilməsinə dair artıq yeni təklif təqdim edib.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













