Ticarət mərkəzinin yanından keçən kişinin üzərinə daş düşdü: Problemi kim həll etməlidir?
Far.Az xəbər saytı

Ticarət mərkəzinin yanından keçən kişinin üzərinə daş düşdü: Problemi kim həll etməlidir?


Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub.

Baku TV xəbər verir ki, Xətai rayonunda yerləşən "Amay" ticarət mərkəzinin fasadından qopan aqlay daşı ərazidən keçən 1991-ci il təvəllüdlü kişinin başına düşüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, yaralı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Şəxsə skalpın kəsilmiş yarası diaqnozu təyin edilib. Vəziyyəti stabil qiymətləndirilir.

Ticarət mərkəzinin nümayəndəsi bildirib ki, binanın ayrı-ayrı hissələri müxtəlif şəxslərin mülkiyyətindədir. Fasadın təhlükəli vəziyyəti ilə bağlı mülkiyyətçilərə müraciət edilsə də, problem həll olunmayıb.

Təhlükəsizlik eksperti Orxan Musayevin sözlərinə görə, fasad daşları normativ tələblərə uyğun bərkidilmədikdə ciddi təhlükə yarada bilər. Daşların yalnız yapışdırıcı ilə deyil, xüsusi metal bərkidicilər vasitəsilə divara bağlanması vacibdir.

Ekspert bildirib ki, binaların fasadları ildə ən azı iki dəfə texniki baxışdan keçirilməlidir. Vətəndaşlar fasadda çat, deformasiya və ya daşların tərpəndiyini gördükdə aidiyyəti qurumlara məlumat verməlidirlər.

Oxşar xəbərlər

Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda güclü külək 78 ağacı aşırdı, 40 ağacın budaqları qırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər