Braziliya prezidenti Paraqvayla diplomatik qalmaqala səbəb olub
Far.Az xəbər saytı

Braziliya prezidenti Paraqvayla diplomatik qalmaqala səbəb olub


Paraqvayın Xarici İşlər Nazirliyi Braziliya prezidenti Luis İnasiu Lula da Silvanın Üçlər İttifaqı müharibəsi (1864–1870) ilə bağlı açıqlamalarından sonra Braziliyanın ölkədəki səfirini nazirliyə çağırıb.

Bu barədə "Far.Az" Paraqvayın xarici işlər naziri Ruben Ramires Leskanoya istinadən xəbər verir.

Onun sözlərinə görə, braziliyalı diplomata rəsmi etiraz notası təqdim olunacaq. Nazir bildirib ki, Paraqvay hakimiyyəti Braziliya prezidentinin bəyanatlarını mənfi qarşılayan ölkə vətəndaşlarının mövqeyini bölüşür.

Ramires əlavə edib ki, məsələni Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə müzakirə edib, bundan sonra isə iki ölkə prezidentləri telefon danışığı aparıblar.

Diplomatik etiraza səbəb Lula da Silvanın silahlı qüvvələrin gücləndirilməsinin vacibliyindən danışarkən Üçlər İttifaqı müharibəsinin başlanmasına görə məsuliyyətin Paraqvayın üzərinə düşdüyünü bildirməsi olub.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Paraqvay səfiri: Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstəririk - MÜSAHİBƏ
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər