WSJ: Tramp İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə tələsmir
Far.Az xəbər saytı

WSJ: Tramp İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə tələsmir


ABŞ Prezidenti Donald Tramp İrana münasibətdə gözləmə taktikasına qayıdıb.

"Far.Az" "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, Tramp tammiqyaslı müharibəni davam etdirmək istəmir və diplomatik danışıqlara ehtiyatla yanaşır.

Buna görə də Amerika lideri Tehrana qarşı iqtisadi təzyiqi gücləndirmək üçün maliyyə sanksiyalarına və İranın dəniz limanlarının blokadasına daha çox vaxt verməyi nəzərdə tutur.

Nəşrin məlumatına görə, bu yanaşmanı Trampın məsləhətçiləri fəal şəkildə dəstəkləyiblər.

Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, İran təzyiqlərin gücləndirilməsinə cavab verə bilər. Amerika administrasiyasının və kəşfiyyat qurumlarının keçmiş əməkdaşı Erik Brüer qeyd edib ki, Tehran əhəmiyyətli iqtisadi təzyiqə tab gətirmək iqtidarındadır və blokada halında fəaliyyətsiz qalmayacaq.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılması haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı razılaşmaları pozmaqda ittiham edərək İrana qarşı irimiqyaslı zərbələri bərpa edib.

Avqustun 2-də Tramp Tehranla razılaşma əldə etmək üçün İrana qarşı planlaşdırılan zərbənin ləğv olunduğunu bildirib.

Avqustun 5-də İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib ki, İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun koordinatlarını razılaşdırıb. Bununla yanaşı, o qeyd edib ki, razılaşma boğazın dərhal açılmasını nəzərdə tutmur və ABŞ-nin hərəkətlərindən asılıdır.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər