Şimali Koreya Yaponiyanı hərbi potensialını artırmaqda ittiham edib
Far.Az xəbər saytı

Şimali Koreya Yaponiyanı hərbi potensialını artırmaqda ittiham edib


Yaponiya bu yaxınlarda dərc edilmiş müdafiə məsələləri üzrə "Ağ kitab"ından hərbi potensialının daha da artırılmasını və müharibədən sonrakı məhdudiyyətlərdən uzaqlaşmasını əsaslandırmaq üçün istifadə edir.

"Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, bu fikri beynəlxalq təhlükəsizlik məsələləri üzrə şərhçi Kan Von Çxol ifadə edib.

Onun sözlərinə görə, Yaponiyanın "Ağ kitab"ı faktiki olaraq ölkənin hərbi potensialının daha da gücləndirilməsinin qanuniləşdirilməsinə yönəlib. Müəllif hesab edir ki, Tokio Koreya Xalq Demokratik Respublikası (KXDR) və digər qonşu dövlətlərdən gələn təhdidlər barədə bəyanatlardan silahlanmanın artırılmasına haqq qazandırmaq üçün istifadə edir.

O qeyd edib ki, Yaponiya öz silahlı qüvvələrini sürətlə gücləndirərək və müasirləşdirərək hərbi dövlətə çevrilmək yolu ilə ardıcıl olaraq irəliləyir.

Şərhdə həmçinin iddia edilib ki, Tokio İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxmağa, ABŞ və onun tərəfdaşları ilə hərbi ittifaqları möhkəmləndirməyə və Özünümüdafiə Qüvvələrinin imkanlarını genişləndirməyə can atır. Müəllifin qiymətləndirməsinə görə, bu cür kurs müdafiə xarakterli ritorikasına baxmayaraq, regionda gərginliyin artmasına şərait yaradır.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər