ADSEA-nın süni intellekt əsaslı rəqəmsal siması Aysu təqdim olunub
Far.Az xəbər saytı

ADSEA-nın süni intellekt əsaslı rəqəmsal siması Aysu təqdim olunub


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) rəqəmsal transformasiya, innovativ idarəetmə və ictimaiyyətlə kommunikasiyanın müasir texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində yeni layihəsini təqdim edib.

"Far.Az" Agentliyə istinadən xəbər verir ki, qurumun süni intellekt əsaslı rəqəmsal siması Aysu həyata keçirilən layihələr, göstərilən xidmətlər, tətbiq olunan texnoloji həllər və yeniliklər barədə məlumatların ictimaiyyətə daha aydın və operativ formada çatdırılmasına xidmət edəcək.

Aysu Agentliyin xidmətlərinin, layihələrinin və innovativ təşəbbüslərinin videoçarxlar, posterlər, məlumatlandırıcı paylaşımlar və digər kommunikasiya materialları vasitəsilə ictimaiyyətə çatdırılmasına dəstək verəcək.

Rəqamsal sima vasitəsilə su ehtiyatlarının idarə olunması, içməli su təchizatı, tullantı sularının idarə edilməsi, infrastruktur layihələrinin icrası, ekoloji dayanıqlılıq, sudan səmərəli istifadə və rəqəmsal transformasiya kimi mövzular əhatə ediləcək.

Növbəti mərhələlərdə Aysunun süni intellekt əsaslı interaktiv ünsiyyət və xidmət imkanları daha da genişləndiriləcək. Bu çərçivədə müəyyən xidmətlər üzrə sorğuların süni intellekt dəstəyi ilə birbaşa cavablandırılması, vətəndaş müraciətlərinə daha operativ baxılması və müraciətlərə baxılma müddətinin qısaldılması üçün müvafiq həllər tətbiq olunacaq.

Layihənin tətbiqi ADSEA-nın müasir texnologiyaların tətbiqinə, məlumat əsaslı idarəetmənin inkişafına və vətəndaş yönümlü xidmətlərin rəqəmsal mühitdə təkmilləşdirilməsinə verdiyi önəmin göstəricisidir.

ADSEA-nın süni intellekt əsaslı rəqəmsal siması Aysu təqdim olunub

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər