Azərbaycanın COP29 çərçivəsində enerji təşəbbüsləri təqdim edilib
Far.Az xəbər saytı

Azərbaycanın COP29 çərçivəsində enerji təşəbbüsləri təqdim edilib


Bu gün COP29 Azərbaycan Sədrliyinin enerji təşəbbüslərinin təşviqi məqsədilə energetika nazirinin müavini Orxan Zeynalovun iştirakı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Konvensiyasına (UNFCCC) tərəf ölkələrlə virtual məlumatlandırma sessiyaları keçirilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO), Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean Ölkələri üçün İqtisadi və Sosial Komissiyası (UN ESCAP), Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birgə keçirilmiş virtual brifinqlərin məqsədi COP29 enerji təşəbbüsləri – Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizlər, Qlobal Saxlanc və Şəbəkələr Vədi və COP29 Hidrogen Bəyannaməsi barədə ölkələrə ətraflı məlumat verilməsi, təşəbbüslərə qoşulma və onları dəstəkləmə yolları barədə müzakirələr aparmaq olub.

Gün ərzində keçirilmiş 2 sessiyada dövlət, özəl sektor, beynəlxalq təşkilatlar, maliyyə institutları təmsilçilərindən ibarət 200-dən çox nümayəndə iştirak edib.

Oxşar xəbərlər

Azərbaycan Hidrogen Şurası ilə enerji əməkdaşlığını müzakirə edib - YENİLƏNİB
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
BMT-də COP29 çərçivəsində qlobal təşəbbüslərlə bağlı yüksək səviyyəli tədbir keçirilib
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər