Niyə bəzi insanların orqanizmində dəmir həmişə az olur? - SƏBƏBLƏR
Far.Az xəbər saytı

Niyə bəzi insanların orqanizmində dəmir həmişə az olur? - SƏBƏBLƏR


Ferritinin aşağı olması orqanizmdə dəmir ehtiyatlarının azalmasına işarə edə bilər. Lakin bu göstəricinin aşağı çıxması hər zaman dərhal dəmir preparatları qəbul etməyə başlamaq anlamına gəlmir.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı terapevt Svetlana Kanevskaya ferritinin aşağı düşməsinin bir sıra səbəblərinin ola biləcəyini bildirib.

Həkimin sözlərinə görə, ferritinin azalmasına mədə-bağırsaq traktından qan itkisi, menstruasiya zamanı qanaxmalar, dəmirin sorulmasının pozulması, iltihabi proseslər və digər amillər səbəb ola bilər.

Mütəxəssis vurğulayıb ki, ilk növbədə dəmir ehtiyatlarının niyə azaldığını müəyyənləşdirmək lazımdır. Yalnız bundan sonra müvafiq müalicə taktikası seçilməlidir.

Əgər insanda qanazlığı əlamətləri, hamiləlik, xroniki xəstəliklər varsa və ya ferritin göstəricisi davamlı şəkildə aşağı düşürsə, həkimə müraciət etmək və əlavə müayinələrdən keçmək tövsiyə olunur.

Həkim qeyd edib ki, simptomsuz şəxsdə yalnız ferritinin aşağı olması zamanı müalicə qərarı fərdi şəkildə verilməlidir. Bu zaman pasiyentin şikayətləri, risk faktorları və mümkün səbəblər nəzərə alınmalıdır.

Qeyd edək ki, aşağı ferritin özü-özlüyündə diaqnoz deyil. Bu göstəricinin səbəbini müəyyənləşdirmədən özbaşına dəmir preparatları qəbul etmək düzgün deyil.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər