Məktəb başlayanadək uşağın yuxu rejimini necə düzəltmək olar? - Psixoloq AÇIQLADI
Uşağın yuxu rejimini yeni dərs ilinin başlamasına bir gün qalmış dəyişmək mümkün deyil. Psixoloq və uşaq yuxusu üzrə məsləhətçi Yelena Matveyevanın sözlərinə görə, rejimin tədricən bərpasına dərslər başlamazdan 1–2 həftə əvvəl başlanılmalıdır.
Far.Az xəbər verir ki, mütəxəssis bildirib ki, yay aylarında gec yatmağa və gec oyanmağa alışan uşağın bioloji saatı dəyişir. Buna görə də yuxu və oyanma vaxtının hər 2–3 gündən bir təxminən 10–15 dəqiqə əvvəl çəkilməsi tövsiyə olunur.
Uşağın gündəlik rejimində səhər yeməyi, gəzinti və axşam yeməyinin vaxtının da tədricən dəyişdirilməsi vacibdir.
Psixoloq səhər saatlarında təbii işığın əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, oyandıqdan sonra parlaq təbii işıq uşağın bioloji saatının daha sürətli uyğunlaşmasına kömək edir. Səhər yeməyindən sonra gəzinti də yuxu rejiminin tənzimlənməsində faydalı ola bilər.
Mütəxəssis xəbərdarlıq edib ki, uşaq erkən oyanmağa vaxtında uyğunlaşmasa, dərsə yorğun gedə və tədris prosesində çətinlik yaşaya bilər.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu













