Fars ölkələrində ABŞ-ın İran siyasətindən narazılıq artır
Far.Az xəbər saytı

Fars ölkələrində ABŞ-ın İran siyasətindən narazılıq artır


ABŞ-ın Fars körfəzindəki müttəfiqləri Vaşinqtonun İranla münaqişənin diplomatik yolla həllinə nail ola bilmədiyinə getdikcə daha çox əmin olurlar.

"Report"un The Washington Post qəzetinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Bəhreyndə ABŞ administrasiyasının siyasətindən narazılıq artır.

Nəşrin mənbələrinin məlumatına görə, Fars körfəzi ölkələri Vaşinqtonun Tehranla razılaşmanın əldə olunması üçün zəruri diplomatik səyləri göstərməməsindən narahatdır.

ABŞ-ın bəzi müttəfiqləri artıq öz ərazilərində iri Amerika hərbi obyektlərinin yerləşdirilməsinin davam etdirilməsinin məqsədəuyğunluğunu müzakirə etməyə başlayıblar. Qəzetin qeyd etdiyi kimi, Vaşinqtonun fəaliyyətindən narazılıq İrana qarşı hərbi əməliyyatın başlanmasından bəri ən yüksək səviyyəyə çatıb.

The Washington Post region ölkələrinin mövqeyindəki dəyişikliyin əlamətlərindən biri kimi Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin Məkkə Paktını imzalamasını göstərir. Sənədə əsasən, iştirakçı ölkələrdən birinə hücum hər üç dövlətə qarşı təcavüz kimi qiymətləndiriləcək.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər