Azercell qadınları dəstəkləyən müsabiqə elan edir
Azercell "Həyatı daha dolğun edirik: qadınlara dəstək 2026" sosial layihə müsabiqəsi üzrə müraciətlərin qəbuluna başlayır.
Müsabiqənin məqsədi qadınların iqtisadi imkanlarının genişləndirilməsi, yeni bilik və bacarıqlar qazanılması, eləcə də ölkənin sosial və iqtisadi həyatında daha fəal iştirakını təşviq edən təşəbbüsləri dəstəkləməkdir.
Layihələrin qiymətləndirilməsi zamanı rəqəmsal bacarıqların inkişafına, inklüziv imkanlar yaradılmasına və texnologiyaların tətbiqi vasitəsilə qadınların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən təşəbbüslərə üstünlük veriləcək. Layihələrin geniş auditoriyanı əhatə etməsi, davamlı nəticələr yaratması və uzunmüddətli sosial təsir potensialına malik olması da əsas seçim meyarları sırasındadır.
Təqdim olunan layihələr müvafiq sahələr üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqə qaliblərinə layihələrinin həyata keçirilməsi üçün 7 000 AZN-dək maliyyə dəstəyi göstəriləcək.
Qeyri-hökumət və qeyri-kommersiya təşkilatları layihə təkliflərini Azərbaycan dilində 30 sentyabr 2026-cı il tarixinədək link vasitəsilə təqdim edə bilərlər. Müraciətə layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan büdcənin detallı bölgüsü də əlavə olunmalıdır.
Qeyd edək ki, Azercell sosial layihə müsabiqəsini 2022-ci ildən həyata keçirir. Bu günədək şirkət ölkədə müsbət dəyişikliklərə töhfə verən, müxtəlif sosial məsələlərin həllinə yönəlmiş 10 layihəyə dəstək olub.
Oxşar xəbərlər
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
"Aston Villa" Rafael Leaunun transferi üçün "Milan"la danışıqlara başlayıb
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi













