Azərbaycan Almaniyadan mal-qara tədarükünü 29 dəfə artırıb
Far.Az xəbər saytı

Azərbaycan Almaniyadan mal-qara tədarükünü 29 dəfə artırıb


Bu ilin I yarısında Azərbaycan 19,3 milyon ABŞ dolları dəyərində 4 min 567 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) idxal edib.

"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 44 % çoxdur.

Hesabat dövründə Azərbaycan Almaniyadan 5,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 39 dəfə çox) 1 min 171 ədəd (+29 dəfə), Estoniyadan 3,1 milyon ABŞ dolları dəyərində (-11 %) 693 ədəd (-16 %), Danimarkadan 2,8 milyon ABŞ dolları dəyərində (+23 %) 730 ədəd (+27 %), Slovakiyadan 2,7 milyon ABŞ dolları dəyərində 689 ədəd (1 il əvvəl tədarük olmayıb), Avstriyadan 2,4 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 523 ədəd (+2,7 dəfə) mal-qara alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 8 min 983 ədəd mal-qaranın 40 %-i Uruqvayın, 20,5 %-i Çexiyanın payına düşüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Almaniyadan Azərbaycana 18 zubr yola salınıb
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Danimarkadan mal-qara idxalını 8 dəfədən çox artırıb
Azərbaycan Avstriya və Almaniyadan mal-qara idxalını kəskin artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər