Şimali Makedoniya-Serbiya qaz interkonnetorunun tikintisi üzrə müqavilə imzalanıb
Şimali Makedoniya-Serbiya qaz interkonnetorunun layihələndirilməsi və tikintisi üzrə müqavilə imzalanıb.
Şimali Makedoniyanın Energetika, Dağ-mədən və Mineral Ehtiyatlar Nazirliyindən "Far.Az"un Balkan bürosuna verilən məlumata görə, müqaviləni "NOMAGAS" şirkətinin direktoru Nedim Rama və layihənin podratçısı seçilmiş "Rapid Bild" şirkətinin direktoru imzalayıb.
İmzalanma mərasimində Şimali Makedoniyanın Baş naziri Xristiyan Mitskoski və energetika, dağ-mədən və mineral ehtiyatlar naziri Sanya Bojinovska iştirak ediblər.
Məlumata görə, bununla Şimali Makedoniya Avropaya yeni qaz marşrutu ilə birləşir.
İnterkonnektor ümumi uzunluğu təxminən 70 kilometr olan marşrut vasitəsilə Makedoniya və Serbiyanın qaz sistemlərini birləşdirəcək. Bunun təxminən 23 kilometri Makedoniya ərazisindən, 47 kilometri isə Serbiya ərazisindən keçəcək. Makedoniya tərəfində interkonnektor Kleşovtse yaxınlığındakı mövcud qaz kəmərinə, Serbiyada isə Vranye yaxınlığındakı qaz şəbəkəsinə qoşulacaq.
"Bu gün Skopyenin region və Avropa ilə yeni enerji bağlantısının infrastruktur əsasını yaradırıq. Serbiya ilə interkonnektor vasitəsilə yeni qaz mənbələrinə çıxış əldə edir, təchizatın təhlükəsizliyini artırır və Şimali Makedoniyanın regional qaz sistemində daha güclü rol oynaması üçün şərait yaradırıq", - S.Bojinovska bildirib.
O, layihənin Yunanıstanla interkonnektorun tikintisi ilə əlaqədar daha böyük əhəmiyyət qazandığını qeyd edib:
"Yunanıstan və Serbiya ilə əlaqələndirmə nəticəsində Şimali Makedoniya artıq yalnız bir qaz marşrutunun son nöqtəsi olmayacaq. Biz ölkənin regional bazarlarla əlaqələndirildiyi və Avropanın cənubu ilə şimalı arasında tranzit və enerji bağlantısı rolunu oynaya biləcəyi mövqeni formalaşdırırıq. Bu, qarşıya qoyduğumuz strateji məqsəddir".
Qeyd edək ki, Şimali Makedoniya–Serbiya qaz interkonnektoru təbii qazın mənbələrinin və təchizat istiqamətlərinin şaxələndirilməsi, eləcə də qaz bazarlarının daha geniş regional inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyan layihədir.
Hazırda Skopye ilə Afina arasında qaz interkonnektorunun tikintisi də davam edir. Bu layihə Şimali Makedoniyanın qaz şəbəkəsini Yunanıstanın qaz şəbəkəsi ilə birləşdirərək cənub qaz dəhlizinə çıxış imkanı yaradacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
Cənubi Koreya insanabənzər robotların inkişaf etdirilməsinə 1,66 milyard dollar xərcləyəcək
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
-
Əlcəzairdə meşə yanğınlarında ən azı 12 nəfər ölüb
-
Azərbaycanda bu şəxslər vergi və gömrük rüsumundan azaddır - 2033-cü ilədək...













