Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 2,3 % azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 662,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (677,6 milyon ABŞ dolları) 15,5 milyon ABŞ dolları və ya 2,3 % azdır.
"Far.Az" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 26,53 % payla SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.
İxracın həcminə görə dövlət şirkətlərinin renkinqi:
| Şirkət | 2026-cı ilin yanvar-iyul aylarında ixracın həcmi (milyon ABŞ dolları) | 2025-cı ilin yanvar-iyul aylarında ixracın həcmi (milyon ABŞ dolları) | Faiz fərqi |
| SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi | 175,7 | 244.3 | -28,08% |
| "AzerGold" QSC | 156,4 | 125.1 | 25,02% |
| "SOCAR Polymer" MMC | 154,4 | 157.9 | -2,22% |
| "Azəralüminium" MMC | 111,9 | 76.7 | 45,89% |
| "Azərpambıq ASK" MMC | 38,4 | 23.9 | 60,67% |
| "Azərbaycan Hava Yolları" QSC | 8,7 | 8.6 | 1,16% |
| SOCAR-ın Qaz İxrac İdarəsi | 7,7 | 37.1 | -79,25% |
| "AzərEnerji" ASC | 7,5 | 4 | 87,50% |
| "Naxçıvan Enerji" MMC | 0,9 | 0 | - |
| "SOCAR CAPE" MMC | 0,5 | 0 | - |
Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 18,3 % artaraq 2,5 milyard ABŞ dollarına çatıb.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"AzerGold" QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













