Ukrayna Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib
Far.Az xəbər saytı

Ukrayna Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib


Ukrayna Müdafiə Qüvvələrinin bölmələri avqustun 28-də və avqustun 29-na keçən gecə Rusiya qoşunlarının bir sıra hərbi obyektlərinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Ukrayna tərəfi Donetsk ərazisində və müvəqqəti işğal olunmuş Krımda pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı, hazırlandığı və buraxıldığı məntəqələrə zərbələr endirdiyini bildirib.

Məlumata görə, Krımda Rusiya qoşunlarının radioelektron mübarizə kompleksi vurulub.

Digər hədəf isə Rusiyanın nəzarətində olan Ukraynanın Donetsk vilayətinin Berestki yaşayış məntəqəsində yerləşən PUA-ların idarəetmə məntəqəsi olub.

Dəyən ziyanın miqyası dəqiqləşdirilir.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 28-də Rusiyanın Bryansk vilayətində "Buk-M3" zenit-raket kompleksinin məhv edildiyini açıqlayıb.

"Düşmənin əsas hərbi hədəflərinə qarşı əməliyyatlar davam edir", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər