72 min tibb işçisinin maaşı artırılır - Yeni sistem nəyi dəyişəcək?
Azərbaycanda səhiyyə sistemində aparılan son dəyişikliklər dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Tibb sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və bu sahədə çalışanların sosial rifahının yaxşılaşdırılması uzun müddətdir həyata keçirilən islahatların məntiqi davamıdır.
Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, qəbul edilən qərar həm sosial, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, yeni əməkhaqqı qaydalarının 2026-cı il sentyabrın 1-dən tətbiqi TƏBİB-in tabeliyində çalışan 72 mindən çox tibb işçisini əhatə etməklə genişmiqyaslı dəyişikliklərə səbəb olacaq.
Ekspert qeyd edib ki, islahat çərçivəsində illik əməkhaqqı fondunun 189 milyon manat artırılması dövlətin bu sahəyə xüsusi diqqət ayırdığını göstərir. "Bu, sadəcə maaş artımı deyil, eyni zamanda səhiyyə sistemində yeni yanaşmanın tətbiqidir. Məqsəd tibb işçilərinin motivasiyasını artırmaq və xidmət keyfiyyətini yüksəltməkdir", – deyə o vurğulayıb.
Vüqar Orucun fikrincə, əməkhaqqının vəzifə, ixtisas, iş yükü və fəaliyyət göstəricilərinə əsasən diferensiallaşdırılması daha ədalətli mexanizmin formalaşmasına imkan verəcək. Bu yanaşma həm peşəkar rəqabəti artıracaq, həm də daha məhsuldar işləyən tibb işçilərinin əməyinin layiqincə qiymətləndirilməsinə şərait yaradacaq.
O əlavə edib ki, islahatın əsas üstünlüklərindən biri regionlara xüsusi diqqətin ayrılmasıdır. Belə ki, ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya kimi kritik sahələrdə çalışan mütəxəssislər üçün daha yüksək artımlar nəzərdə tutulur. Bu isə həm xidmət keyfiyyətinə, həm də əhalinin tibbi xidmətlərə çıxış imkanlarına müsbət təsir göstərəcək.
Ekspert regionlarda kadr çatışmazlığının aradan qaldırılması üçün tətbiq edilən stimullaşdırıcı mexanizmləri də müsbət qiymətləndirib. Onun sözlərinə görə, bəzi ixtisaslar üzrə 1,3 əmsalının tətbiqi və əlavə ödənişlər həkimlərin regionlara yönləndirilməsində effektiv rol oynayacaq.
"Bu addım uzun illərdir müzakirə olunan problemlərdən birinin həllinə xidmət edir. Regionlarda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün ilk növbədə peşəkar kadr təminatı gücləndirilməlidir", – deyə V.Oruc bildirib.
Sonda iqtisadçı ekspert vurğulayıb ki, həyata keçirilən dəyişikliklər təkcə səhiyyə sisteminin inkişafına deyil, ümumilikdə ölkədə sosial rifahın yüksəldilməsinə xidmət edir və bu istiqamətdə atılan addımların davamlı olması vacibdir.
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı
-
Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
İqtisadi durğunluq və inflyasiyanın artması Fransanı tənəzzülə aparır












