Bakıda avqust ayı normadan 2 dərəcə isti keçib
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 2026-cı ilin avqust ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0–5 dərəcə), 4 gün isə normadan aşağı (0–3 dərəcə) olub. Orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim normasından 2 dərəcə yuxarıdır.
Far.Az xəbər verir ki, Bakı və Abşeron yarımadasında avqust ayında maksimal temperatur avqustun 9-da 39 dərəcə isti (Maştağa), bölgələrdə isə avqustun 9-u və 10-da 40 dərəcə isti (Kürdəmir) qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında avqustun 31-də 19 dərəcə isti (Sumqayıt), yüksək dağlıq ərazilərdə isə avqustun 30-da 6 dərəcə isti (Şahdağ) olub.
Avqust ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb, dolu düşüb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 381 faizi olmaqla Quba - Qusar zonasına (Şahdağ - 250 mm) və aylıq normanın 305 - 617 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı - 19 mm, Çilov adası - 26 mm) düşüb.
Avqust ayı ərzində Kəlbəcər rayonunun mərkəzinə və İstisu qəsəbəsinin Alagöllər ərazisinə dolu, o cümlədən Bakı və Abşeron yarımadasının şəhərətrafı ərazilərində intensiv leysan yağışla bərabər xırda dənəli dolu müşahidə olunub.
Avqust ayının bəzi günlərində küləkli hava şəraiti ilə əlaqədar 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 12 gün, bölgələrdə isə 28 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 23 m/s, bölgələrdə isə 24 m/s-ə çatıb.
Oxşar xəbərlər
Bakı və Abşeronda yağıntılar son 100 ilin rekordunu qırdı
FAKTİKİ HAVA: Bakı və Abşeron yarımadasına düşən yağıntının miqdarı normadan 6 dəfə çox olub
Bakı və Abşeron yarımadasına düşən yağıntının miqdarı normadan 6 dəfə çox olub
Kəskin hava şəraiti davam edir, Qudyalçaydan sel keçir - FAKTİKİ HAVA
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
-
Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
Azərbaycanın turizm sektoru yay mövsümündən necə çıxıb? - ARAŞDIRMA
-
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
-
NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər













