ABŞ hərbçiləri İranın 94 kommersiya gəmisinin istiqamətini dəyişib
Far.Az xəbər saytı

ABŞ hərbçiləri İranın 94 kommersiya gəmisinin istiqamətini dəyişib


ABŞ hərbçiləri İranın dəniz blokadasını bərpa etdiyi vaxtdan etibarən 94 kommersiya gəmisinin istiqamətini dəyişib, üç gəmini vurub və daha iki gəmiyə desant çıxarıb.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"7 sentyabr tarixinə CENTCOM qüvvələri 94 kommersiya gəmisinin istiqamətini dəyişib, üç gəmini vurub və daha iki gəmiyə desant çıxarıb", – paylaşımda bildirilib.

ABŞ İranın dəniz blokadasını iyulun 14-də bərpa edib. Sentyabrın 6-da CENTCOM 92 gəminin istiqamətinin dəyişdirildiyini açıqlamışdı.

Oxşar xəbərlər

Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya - TAM MƏTN
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb - YENİLƏNİB - MƏTN
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Azov dənizində gəmiyə PUA hücumu zamanı yaralanan Azərbaycan vətəndaşları vəziyyətlərindən danışdılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər