Aliyə Əzimova: "Yaşıl layihə"lərin miqyasını böyütməyə vahid standartlar lazımdır"
Yaşıl layihələrin miqyasını böyütmək üçün vahid standartlar lazımdır.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 2-ci günündə bildirib.
Onun sözlərinə görə, sadəcə layihələri maliyyələşdirmək yox, bazarlar yaratmaq lazımdır: "Yaşıl bina"lar bunu yaxşı illüstrasiya edir, lakin bu yanaşma digər sektorlar üzrə də daha geniş miqyasda tətbiq oluna bilər. Praktik nümunə kimi yenə IFC-nin alətini göstərmək istərdim. IFC EDGE adlı alət yaradıb. Bu, sadəcə növbəti ekoloji sertifikatlaşdırma deyil, "yaşıl bina" sertifikatıdır. Məqsəd tərtibatçılara təklif yaratmağa, banklara yaşıl aktivləri müəyyənləşdirib maliyyələşdirməyə və nəhayət, investorlara fərdi layihələr və binalar əvəzinə portfelləri maliyyələşdirməyə imkan verən vahid standart yaratmaq idi".
"Bu alət həmçinin tənzimləyicilərə iqtisadi fəallığı stimullaşdırmaq üçün tənzimləmə tələblərində tətbiq ediləcək standartlar və güzəştlər barədə aydınlıq gətirdi. Biz bu inkişafı müxtəlif bazarlarda görmüşük. Kommersiya bankları ilə "yaşıl tikinti" və ipoteka maliyyələşdirməsini inkişaf etdirmək üçün işləyirik. Hindistan və Filippin nümunəsini çəkmək istərdim. Hindistanda yaşıl, əlçatan və orta gəlirli mənzil proqramlarını dəstəkləmək üçün 1 milyard ABŞ dollarından çox dəyəri olan investisiya platforması yaratmışıq. Bunun əhəmiyyəti fərdi əməliyyatda deyil, aktivlər sinfini birləşdirmək və onları maliyyələşdirmək üçün daha böyük kapital axını cəlb etmək bacarığındadır. Eyni məntiq su, tullantılar, nəqliyyat, məlumatlar və digər davamlı infrastruktur sahələrinə də tətbiq oluna bilər", - deyə IFC rəsmisi əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, Azərbaycan üçün davamlılıq həm də iqtisadi zərurətdir: "Davamlılıq haqqında düşüncə tərzimizi dəyişməliyik. Çox vaxt davamlılıq əlavə xərc və dəbdəbə kimi qəbul edilir. Biz isə bunu necə iqtisadi və investisiya təklifinə çevirə biləcəyimizi düşünməliyik. Təbiətə əsaslanan həllər buna yaxşı nümunə ola bilər. Yaşıl dəhlizlər, keçirici səthlər və təbii drenaj sistemləri sadəcə landşaft dizaynı kimi görülməməlidir. Əgər onlar daşqınların vurduğu zərəri azaldırsa, şəhər istiliyini zəiflədirsə, qıt olan su ehtiyatlarını qoruyursa və daha baha başa gələn ənənəvi infrastruktur ehtiyacını azaldırsa, bu qənaət edilən xərclər iqtisadi fayda kimi nəzərə alınmalı və investisiya hesablamalarına daxil edilməlidir.
Bu, xüsusilə su qıtlığı, davam edən şəhərləşmə, artan ətraf mühit təzyiqləri ilə üzləşən Azərbaycan kimi ölkələr üçün aktualdır. Bunların heç biri təkbaşına dövlət, özəl sektor, güzəştli maliyyələşdirmə və yaxud inkişaf maliyyəsi hesabına baş verə bilməz. Maraqlı tərəflər ekosisteminə planlar və yol xəritələri yaratmağa, onları investisiya layihələrinə çevirməyə, fərdi layihələrdən bazarlara və yalnız dövlət və inkişaf maliyyəsinə deyil, daha böyük həcmdə özəl kapitalın səfərbər edilməsinə keçməyə imkan verən bir sistem yaradılmalıdır".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" ilə bağlı tədbir keçirilib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Sədr müavini: Dini Komitə xaricdəki azərbaycanlıların dini-mənəvi ehtiyaclarına dəstəyi gücləndirib
-
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb













