Lordlar Palatasının üzvü: Şəhərsalma zamanı dairəvi iqtisadiyyat prinsipləri nəzərə alınmalıdır
Şəhərsalma zamanı dairəvi iqtisadiyyat prinsipləri nəzərə alınmalıdır.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) üzvü Patricia Scotland "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində "İqlim fəaliyyətinin şəhər ölçüsünün inkişaf etdirilməsi: WUF13-dən COP31-ə" mövzusundakı panel sessiyada deyib.
Onun sözlərinə görə, dairəvi iqtisadiyyat dedikdə resursları istifadə edib tullamaq əvəzinə, onları mümkün qədər yenidən istifadə etmək, təmir etmək, bərpa etmək və təkrar emal etmək nəzərdə tutulur:
"Şəhərsalma gündəliyi mühüm olsa da, bu sahədə yalnız şəhərlərə fokuslanmaq kifayət deyil. Dairəvi iqtisadiyyata keçid və hərtərəfli yanaşma vacibdir".
Lordlar Palatasının üzvü şəhər və kənd arasında əlaqənin gücləndirilməsinin və bu inteqrasiyanın şəhərsalma prosesinə daxil edilməsinin vacibliyini vurğulayıb:
"Qəbul edilən öhdəliklərin həyata keçirilməsi üçün konkret addımlar atılmalıdır. Bu öhdəliklərin icrası siyasi dəstək, müvafiq alətlər və maliyyə mexanizmləri ilə təmin edilmədikdə nəticə əldə etmək çətin olur".
Oxşar xəbərlər
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COP30-da fəal iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Sədr müavini: Dini Komitə xaricdəki azərbaycanlıların dini-mənəvi ehtiyaclarına dəstəyi gücləndirib
-
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb













